Almaniya yığmasının dünya çempionu vəfat etdi

Bazar ertəsi, aprelin 14-də keçmiş Qərbi Almaniya yığmasının və “Ayntraxt”ın (Frankfurt) sabiq hücumçusu Bernd Höltsenbayn vəfat edib.

Arena.az məlumat verir ki, bu barədə Britaniyanın “The Sun” internet nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, martın 9-da 78 yaşını qeyd etmiş sabiq futbolçu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Əvvəla, Höltsenbayn 1974-cü il dünya çempionatının və 1976-cı il Avropa çempionatının finallarında göstərdiyi şücaətlə məşhurdur. Bu həlledici oyunlarda Höltsenbayn iki dəfə qol vurub. Ümumilikdə Bernd Höltsenbayn Almaniya yığmasının heyətində 40 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib.

Klub səviyyəsində isə Höltsenbayn “Ayntraxt”ın (Frankfurt) heyətində çıxışları ilə məşhur idi.