Amin Seydiyev “Sabah”da yeni rekorda imza atdı

Azərbaycan Premyer Liqasının 15-ci turunun “Turan Tovuz”la səfər oyunu “Sabah”ın müdafiəçisi Amin Seydiyev üçün əlamətdar olub. Arena.az xəbər verir ki, müdafiəçi bu komandanın heyətində 68-ci oyununu keçirib.

Bununla da o, sözügedən klubun tarixində mütləq rekordçu olub. Bundan öncə Amin komandanın sabiq qolkiperi Saşa Stamenkoviç (67) ilə şərikli lider idi. Lakin artıq o, bu komandada ən çox oyun keçirən futbolçudur və “Sabah”da olduğu müddətdə bu rekordunu mümkün qədər əlçatmaz etməyə çalışacaq.

Xatırladaq ki, Amin Seydiyev 1998-ci il noyabr ayının 15-də dünyaya gəlib. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan müdafiəçi, bu klubun əsas komandasında çıxış edib (2019/20). O, 2020-ci ilin yayında “Sabah”a transfer olunub. 24 yaşlı futbolçu bu komandanın heyətində yüksək liqada 64, ölkə kubokunda isə 4 matç keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: