Anar Niftəliyev “Sumqayıt”la anlaşdı

Son olaraq “Şamaxı”da çalışmış Anar NiftəliyevSumqayıt”ın əsas komandasının qapıçılarla iş üzrə məşqçisi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Sumqayıt”ın əsas komandasının məşqçilər korpusunda yeni təyinat reallaşıb. Belə ki, Anar Niftəliyev növbəti mövsümdən etibarən komandanın qapıçılar üzrə məşqçisi funksiyasını yerinə yetirəcək. Artıq onunla rəsmi müqavilə də imzalanıb.

Xatırladaq ki, geridə qalan mövsümdə “Sumqayıt”da bu vəzifəni Emil Babayev yerinə yetirib. Lakin klub mövsüm bitən kimi Babayevlə yollarını ayırdığını açıqlamışdı.

Onu da qeyd edək ki, Niftəliyev daha öncə “Zirə”, “Kəpəz” və “Şamaxı” kimi klublarda çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: