Anatoli Nuriyev üçün 64 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynanın “Kolos” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi bu komanda Ukrayna Premyer Liqasının 2-ci turu çərçivəsində “Metallist”lə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu görüşdən qələbə ilə ayrılıb – 1:0. Oyuna start heyətdə başlayan Anatoli Nuriyev, 64-cü dəqiqədə əvəzlənib.

“Kolos” 2 turdan sonra 4 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: