Anatoli Nuriyev zədələndi, “Kolos” xal itirdi

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukraynanın “Kolos” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi komanda Ukrayna Premyer Liqasının 4-cü turu çərçivəsində Lvov “Rux”u ilə qarşılaşıb.

Futbolçumuzun komandası doğma meydanda baş tutan bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1. Oyuna start heyətdə başlayan Anatoli Nuriyev ilk hissədə zədələnib və 27-ci dəqiqədə əvəzlənib.

“Kolos” 4 turdan sonra 5 xalla 8-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.

Xəbəri sosial şəbəkələrdə paylaş: