Ange Mutsinzi Tripolidə 1 xala sevindi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin futbolçusu Ange Mutsinzi Ruanda yığmasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun 1-ci mərhələsinin ilk turu çərçivəsində Liviyaya qarşı oyunda iştirak edib.

Triolidə keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində yer alan 26 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub. Ange Ruanda yığmasının heyətində ən yaxşı oyunçu kimi fərqləndirilib.

Qeyd edək ki, ruandalılar növbəti oyunu sentyabrın 10-da Nigeriyaya qarşı keçirəcəklər.

Ange Mutsinzi “Zirə”yə bu yay Norveçin “Jerv” klubundan cəlb olunub. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. O, Azərbaycan klubunun heyətində hələlik 12 oyun keçirib.

Mutsinzi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Ruanda yığmasının heyətində 23 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: