Ange Mutsinzi və İssa Cibrilla milliyə dəvət aldılar

Premyer Liqa təmsilçisi “Zirə”nin legioner futbolçuları – Ange Mutsinzi və İssa Cibrilla ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Ange Mutsinzi Ruanda yığmasına çağırılıb. 27 yaşlı mərkəz müdafiəçisinin komandasını sentyabrın 6-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Nigeriya yığması ilə oyun gözləyir. Ayın 9-da isə Ruanda millisi Zimbabve yığması ilə üz-üzə gələcək. Mutsinzinin komandası hər iki halda səfərdə meydana çıxacaq.

İssa Cibrilla isə Niger yığmasına dəvət alıb. 29 yaşlı vingerin formasını geyindiyi bu komanda sentyabrın 5-də Mərakeş yığmasının qonağı olacaq. Ayın 9-da da nigerlilər Tanzaniya seçməsi ilə üz-üzə gələcəklər. DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlar səfərdə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: