Araz Abdullayev “Etnikos”dan ayrıldı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev Kiprin “Etnikos” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Axnas klubu Araza təşəkkür edərək uğurlar arzulayıb.

Araz Abdullayev 2021-ci ilin yayında “Etnikos”la 1 illik müqavilə imzalamışdı. Millimizin yarımmüdafiəçisi bu komandada 12 rəsmi oyuna çıxsa da, fərqlənə bilməyib.

Araz daha öncə Türkiyənin “Boluspor”, Kiprin “Anortosis”, Yunanıstanın “Panionios” klublarında da legioner həyatı yaşayıb. O, ölkəmizdə “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın formasını geyinib. 29 yaşlı oyunçunun karyerasını harada davam etdirəcəyi bilinmir.

Xəbəri sosial şəbəkələrdə paylaş: