Futzal üzrə Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçına çıxıb. Arena.az xəbər verir ki, Joze Alesio Da Silvanın çalışdırdığı komanda 6-cı qrupdakı ilk sınağında Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib.
İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşma Naxçıvan təmsilçisi üçün uğurlu alınmayıb. Belə ki, Azərbaycan çempionu bu oyuna 3 itki ilə çıxıb. Rizvan Fərzəliyev və İsaq Suğal zədə, Xətai Bağırov cəza səbəbindən oynamayıb. Komandamız bu itkilərin fonunda meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər görüşündə Kosovonun “Ligeni” və Rumıniyanın “Yunayted Qalati” kollektivləri qarşılaşıblar. Həmin oyunda Kosovo təmsilçisi 6:4 hesabıyla üstün olub.
UEFA Çempionlar Liqası
6-cı qrup
28 oktyabr
Uraqan (Ukrayna) – Araz (Naxçıvan, Azərbaycan) 2:1
Qollar: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.
Baş hakim: Yosip Barton (Şimali Makedoniya).
İvano-Frankivski. Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Uraqan: 12. Roman Koltok (k), 7. Mikola Qritsina, 8. Vitali Radeviç, 9. Roman Kordoba, 10. Artyom Farenyuk, 21. Taras Levandivski, 5. Taras Onufrak, 11. Sergey Koval, 17. Ruslan Şeremeta, 20. Vladislav Zavertani, 29. Nazar Şved, 33. Mixaylo Qritsina, 34. Maryan Maseviç, 78. Danil Abakşin.
Baş məşqçi: Maksim Pavlenko.
Araz: 12. Rövşən Hüseynov (k), 15. Hadi Əhmədi, 13. Amir Şocaei, 7. Ramiz Çovdarov, 8. İsa Atayev, 1. Emin Kürdov, 9. Maneka, 17. Felipinyo, 6. David Qustavo, 14. Murilo Borges, 18. Nurlan Mehdizadə, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.


