“Araz-Naxçıvan” 6 futbolçu ilə yeni müqavilə bağladı

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə yenidən anlaşıb.

Arena.az xəbər verir ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo və Elçin Mustafayev klubla yeni müqavilə bağlayıblar.

Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, adları qeyd olunan futbolçular 2024/2025 mövsümündə də bu komandanın heyətində yer alacaqlar.

“Araz-Naxçıvan” buna qədər Ürfan Abbasov (“Qəbələ”), Ömər Buludov (“Neftçi”), Tərlan Əhmədli (“Turan Tovuz”) və Ülvü İsgəndərovu (“Qəbələ”) transfer edib. Onların da hər biri ilə 1 illik müqavilə imzalanıb. Klubun daha bir neçə futbolçu ilə danışıqlar apardığı vurğulanır.

Xatırladaq ki, Naxçıvan təmsilçisi Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünü 36 xalla 8-ci pillədə başa vurub.Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu ilə yenidən anlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: