“Araz Naxçıvan” Çempionlar Liqasında rəqiblərini tanıdı

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan”ın UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündəki ilk rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin yeni mövsümünün ilk püşkatması bu gün baş tutub.

Bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz Naxçıvan” A qrupda yer alacaq. Naxçıvanlıları “Riqa” (Latviya), “Yan Regensburq” (Almaniya) və “İstanbul Şişli” (Türkiyə) ilə oyunlar gözləyir.

Bu mərhələnin oyunları avqustun 22-dən 27-nə qədər Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.

UEFA Çempionlar Liqası
İlkin mərhələ (22-27 avqust)

A qrupu
Araz Naxçıvan (Azərbaycan)
Riqa (Latviya)
Yan Regensburq (Almaniya)
İstanbul Şişli (Türkiyə)

B qrupu
Örebro (İsveç)
Diamant Linz (Avstriya)
Amiqo Nortvest (Bolqarıstan)
ASA Tələ-Əviv Ouls (İsrail)

C qrupu
Eyndhoven (Niderland)
Titoqrad (Monteneqro)
Georgians (Gürcüstan)
Avropa (Cəbəllütarıq)

D qrupu
Lubaua (Polşa)
Priştina (Kosovo)
Utleyra İdrettslaq (Norveç)
İsbyorninn (İslandiya)

E qrupu
Luçeneç (Slovakiya)
Kosmos Tallin (Estoniya)
Enkamp (Andorra)
Saltires (Şotlandiya)

F qrupu
Dukas (Yunanıstan)
Blue Magik (İrlandiya)
Nistru (Moldova)
Blumsburi Futsal (İngiltərə)

G qrupu
Futsal Minerva (İsveçrə)
Yerevan Futsal (Ermənistan)
AEL Limassol (Kipr)
Folqore (San Marino)

H qrupu
Radnik Bijeljina (Bosniya və Herseqovina)
Tirana (Albaniya)
Cefn Druids (Uels)
Sparta Belfast (Şimali İrlandiya)

Bu gün əsas mərhələnin də püşkü atılıb. “Araz Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri “Plzen” (Çexiya), “Futsal Gentofte” (Danimarka) və ilkin mərhələnin H qrupunun (“Radnik Bijeljina”, “Tirana”, “Cefn Druids” və “Sparta Belfast”) qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda “Futsal Dinamo” (Xorvatiya), eləcə də ilkin mərhələnin B (“Örebro”, “Diamant Linz”, “Amiqo Northvest” və “ASA Təl-Əviv Ouls”) və və C (“Eyndhoven”, “Titoqrad”, “Georgians” və “Avropa”) qruplarının qalibləri ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: