Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edən “Araz-Naxçıvan” bu gün qrup mərhələsində son oyununu keçirib.
Arena.az xəbər verir ki, Avstriya çempionu “Lyuti Krayişniçi” ilə qarşılaşan təmsilçimiz 12:3 hesabı ilə qələbə qazanıb.
Komandamız bundan əvvəlki iki oyunda da böyükhesabla qalib gəlmişdi. Aktivində 9 xal olan “qırmızı-ağlar” qrup lideri kimi mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanıblar. Bu mərhələnin oyunları oktyabrın sonu, noyabrın əvvəlində keçiriləcək.
UEFA Çempionlar Liqası
30 avqust
Lyuti Krayişniçi – Araz-Naxçıvan 3:12
Qollar: N.Hasanbeqoviç, 9:59. J.Perruzo, 12:08-öz qapısına. Y. Mehiç, 28:55 – J.Perruzo, 7:23. A.Rezende, 10:13; 29:39. A.Begleroviç, 10:34-öz qapısına. F.Avila, 10:50; 20:34; 30:43-pen, 31:44. Ü.Əliyev, 23:15. L.Lonqo, 24:24. V.Covanni, 30:30. Q.Qasımzadə, 35:14.
Hakimlər: Filipe Duarte (Portuqaliya), Orest Dutsiak (Ukrayna), Aleksandar Vangelov (Bolqarıstan).
Linz. NMS İdman Sarayı. Saat 21:30.
Lyuti Krayişniçi: 1. Saniyel Krupiç, 9. Mak Karabeqoviç, 10. Kenan Salo (k), 11. Kenan Ramiç, 23. Amel Begleroviç, 21. Sanel Tahiroviç, 4. Beldin Duriç, 5. Yasmin Mehiç, 6. Muhammed Ramiç, 8. Saldin Peziç, 18. Nermin Hasanbeqoviç, 27. Adnan Hodziç, 37. Edvin Skrqiç, 77. Seid Suljkanoviç.
Baş məşqçi: Kenan Ramiç.
Araz-Naxçıvan: 12. Rövşən Hüseynli, 9. Alleks Rezende, 10. Jan Perruzo, 15. Aleks Teyşeyra, 21. Filipinyo, 1. Emin Kürdov (k), 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 29. Luici Lonqo, 49. Valerio Covanni, 3. Qüdrət Qasımzadə, 6. Mirzə Əmirov, 20. Ədalət Ələkbərov, 98. Karlos Bertula.
Baş məşqçi: Yevgeni Kukseviç.


