Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək ölkə çempionu “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Arena.az xəbər verir ki, baş məşqçi Vitali Borisovun istəyi ilə komandaya hücumçu dəvət olunub.
Braziliyalı Erik Dannilo qarşıdakı mövsümdə “Araz-Naxçıvan”ın uğur qazanması üçün çalışacaq. 23 yaşlı “stolb” İspaniyanın “Peniskola” klubunda çıxış edib.
Xatırladaq ki, Naxçıvan təmsilçisi UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də Türkiyənin “İstanbul Şişli”, ertəsi gün Almaniyanın “Yan Regensburq”, avqustun 26-da isə Latviyanın “Riqa” komandası ilə qarşılaşacaq.



