“Araz Naxçıvan” ilk transferini rəsmiləşdirdi

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.

Arena.az xəbər verir ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək bu klub mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.

Naxçıvan təmsilçisinin ilk transferi serbiyalı futzalçıdır. Ninoslav Aleksiç qarşıdakı 1 il ərzində “Araz Naxçıvan”ın uğurları üçün çalışacaq. Serbiya millisinin də üzvü olan 28 yaşlı forvardın son klubu ölkəsində “Ekonomaç” olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: