Azərbaycan Premyer Liqasının 21-ci turunun son matçında “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” bu oyuna hazırlığını yekunlaşdırıb.
Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün matçın keçiriləcəyi Qəbələ şəhər stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Təxminən 1 saat davam edən çalışmada Abdulla Rzayev və İqor Ribeyro iştirak etməyiblər. Hər iki müdafiəçi müalicəsini həkim nəzarəti altında davam etdirir. Onlar “Kəpəz”ə qarşı matçda forma geyinməyəcəklər.
Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyununa saat 15:00-da start veriləcək.


