Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.
Arena.az xəbər verir ki, ölkə çempionu bu dəfə Özbəkistan millisinin üzvü ilə anlaşıb.
25 yaşlı Husniddin Nişonovun ampluası hücumçudur. Ölkəsinin BMB klubunda çıxış edən futzalçı icarə əsasında Naxçıvan komandasına UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zaman kömək edəcək. O, avqutsun 5-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, “Araz Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serb Ninoslav Aleksiç və xorvat qapıçı Luka Pavloviçlə anlaşıb.



