Azərbaycan Premyer Liqasının 2-ci turunun “Araz-Naxçıvan” – “Qəbələ” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Bakıda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
2-ci tur
12 avqust
“Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qollar: İsmail Azzaui, 17. Elvis Maşike, 83.
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+4 (təcavüzkar davranış).
Sarı vərəqələr: Vadim Abdullayev, 80 (qeyri-idman hərəkəti). Elvis Maşike, 84 (qeyri-idman hərəkəti) – Omar Hani, 24 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 4 dəqiqə.
Saat 18:30. “Dalğa Arena”, 600 tamaşaçı.
Baş hakim: Fərid Hacıyev.
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Vüsal Məmmədov.
Dördüncü hakim: Əli Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Cavid Cəlilov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (9. Elvis Maşike, 72), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes (7. Nicat Süleymanov, 72), 42. Məhəmməd Kadiri (4. İqor Ribeyro, 89), 14. Miço Kuzmanoviç (11. Bayraməli Qurbanov, 89), 8. İsmail Azzaui (6. Vadim Abdullayev, 61), 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Azər Bağırov.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli (17. Yaovi Akakpo, 61), 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla (18. Mehrac Baxşalı, 76), 10. Omar Hani (20. Bilel Auaşeriya, 46), 8. Gilad Abramov (7. Emil Səfərov, 46).
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.


