Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun “Araz-Naxçıvan” – “Sumqayıt” matçı 1:1 hesablı bərabərliklə başa çatdı.
Arena.az Mərdəkanda baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
4-cü tur
25 avqust
“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1
Qollar: Turan Manafov, 73 // Rövlan Muradov, 63 (p.)
Sarı vərəqələr: Məhəmməd Kadiri, 45 (qeyri-idman hərəkəti) – Kamran Əliyev, 29 (qeyri-idman hərəkəti). Oktavio Manteka, 49 (qeyri-idman hərəkəti). Erik Sorqa, 52 (qeyri-idman hərəkəti). Elvin Bədəlov, 75 (qeyri-idman hərəkəti). Ayxan Süleymanlı, 90+1 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 5 dəqiqə.
Saat 20:00. “Dalğa Arena”, 350 tamaşaçı.
Baş hakim: Kamal Umudlu.
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Asiman Əzizli.
Dördüncü hakim: Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Araz-Naxçıvan: 12. Kristian Avram, 10. Orxan Əliyev (39. Tural Bayramlı, 64), 3. Turan Manafov, 7. Nicat Süleymanov (23. Nuno Rodriqes, 64), 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 42. Məhəmməd Kadiri (6. Vadim Abdullayev, 46), 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui (9. Elvis Maşike, 64), 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov.
Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat (20. Ayxan Süleymanlı, 80), 58. Oktavio Manteka, 4. İsa Suliman, 10. Kamran Əliyev (12. Abu Dosso, 80), 9. Erik Sorqa (30. Kamran Quliyev, 56), 71. Masaki Murata (6. Vüqar Mustafayev, 64).
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 21. Nihad Əhmədzadə, 16. Tural Axverdiyev, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.


