Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını bərpa edib.
Arena.az xəbər verir ki, komanda bu gün Bakı Olimpiya Stadionunda ilk məşqə çıxıb.
Məşqdə zədəli İsmail Azzaui, İqor Ribeyro və Orxan Əliyev, eləcə də “Qarabağ”la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Abdulla Rzayev yer almayıblar. Zədəlilərdən Azzauinin “Sumqayıt”la matçı buraxacağı dəqiqdir. Orxanla İqor isə həkim nəzarəti altında müalicələrini davam etdirirlər. Onların bazar günü keçiriləcək görüşə yetişdirilməsinə çalışılır.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Sumqayıt” matçı yanvarın 28-də keçiriləcək. “Dalğa Arena”da baş tutacaq oyuna saat 15:00-da start veriləcək.


