“Araz-Naxçıvan” üçün 5 günlük toplanış və yoldaşlıq oyunu

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” klubunda futbolçular 3 günlük istirahətə buraxılıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan millisinin qarşıdakı rəsmi və yoldaşlıq oyunları ilə əlaqədar yaranmış fasilə zamanı komandanın qısamüddətli toplanışı nəzərdə tutulub.

Belə ki, sentyabrın 7-də bir araya gələcək komanda həmin gün Qəbələyə yollanacaq və ayın 11-nə qədər məşqlərini orada davam etdirəcək. Hazırlıq çərçivəsində “Araz-Naxçıvan” sentyabrın 10-da “Qəbələ” ilə yoldaşlıq oyunu da keçirəcək.

Qeyd edək ki, Abdulla Rzayev və Mirəli Əhmədov U-21-in, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə, hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: