Futzal üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək Azərbaycan çempionu “Araz Naxçıvan” bu gündən hazırlığa start verib.
Arena.az xəbər verir ki, ölkə çempionu, paralel olaraq heyətini də gücləndirmək istiqamətində çalışır.
Baş məşqçi Vitali Borisovun istəyi ilə yeni qapıçı transfer olunub.
Xorvatiya millisinin də üzvü olan Luka Pavloviç qarşıdakı bir il ərzində “Araz Naxçıvan”ın uğurları üçün tər tökəcək. 25 yaşlı qolkiperin son klubu ölkəsinin “Universitas Split” komandası olub.



