Futbol üzrə Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını davam etdirir.
Arena.az xəbər verir ki, zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub.
Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, müdafiəçinin Gəncə təmsilçisi ilə matçda meydana çıxıb-çıxmayacağı oyun günü məlum olacaq.
“Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir. O, böyük ehtimalla qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu aprelin 5-də Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Saat 20:00-da start veriləcək oyunda stadiona giriş sərbəst (biletsiz) olacaq.


