Futzal üzrə Azərbaycan çempion “Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının hakimləri müəyyənləşib.
Arena.az bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisniın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Bu qrupun oyunlarda FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kyuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaqlar.
Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Neboysa Paniç (Serbiya) və Sebastyan Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcəklər.
UEFA Çempionlar Liqası
7-ci qrup
29 oktyabr
22:00. “Araz-Naxçıvan” – “Yunayted Qalati” (Rumıniya)
Sala Sporturilor Dunarea.
30 oktyabr
19:00. “Araz-Naxçıvan” – “Differdanj” (Lüksemburq)
Sala Sporturilor Dunarea.
1 noyabr
18:00. “Tigers Roermond” (Niderland) – “Araz-Naxçıvan”
Sala Sporturilor Dunarea.


