Asif Məmmədov daha bir il “Qəbələ”də qalacaq – Rəsmi

2024/2025 mövsümündə Birinci Liqada mübarizə aparacaq “Qəbələ” kapitanı Asif Məmmədov ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

38 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşma bir illikdir. Onun sözləşməsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib. O, bu müddətdə 252 oyunda 17 qol vurub. Asif Məmmədov Premyer Liqada 197 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: