Premyer Liqanın 34-cü turunda yubiley matçını keçirən Asif Məmmədova “Qəbələ”nin 250 nömrəli forması təqdim olunub.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanına hədiyyənin təqdimat mərasimi Azərbaycan Premyer Liqasının 35-ci turunun “Araz-Naxçıvan”la matçından əvvəl baş tutub.
“Qırmızı-qaralar”ın heyətində keçirilən oyun sayında ikinci olan 38 yaşlı yarımmüdafiəçi yubiley qarşılaşmasına ötən tur çıxıb. O, 34-cü turun “Sabah”la evdəki görüşündə 250-ci dəfə bu komandanın formasını geyinib.
Qeyd edək ki, Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.



