Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün 1/8 final mərhələsinə start verilib.
İlk oyun günündə iki qarşılaşma baş tutub. Avstraliya millisi İndoneziya ilə qarşılaşmada 4 cavabsız qolla qalib gələrək ilk 1/4 finalçı olub.
Tacikistan yığması isə Birləşmiş Ərəb Əmirlikləri ilə üz-üzə gəlib. Əsas vaxtı 1:1 hesabıyla yekunlaşmış bu oyunun qalibi penaltilər seriyasında müəyyənləşib. 5:3 hesablı qələbə qazanmış taciklər tarix yazaraq ilk dəfə Asiya Kubokunun 1/4 finalına vəsiqə qazanıblar
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
1/8 final
28 yanvar
Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott, 12-öz qapısına. Boyle, 45. Qudvin, 89. Souttar, 90+1.
Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov, 30 – Əl-Hammadi, 90+5.
29 yanvar
15:30. İraq – İordaniya
20:00. Qətər – Fələstin
30 yanvar
15:30. Özbəkistan – Tailand
20:00. Səudiyyə Ərəbistanı – Cənubi Koreya
31 yanvar
15:30. Bəhreyn – Yaponiya
20:00. İran – Suriya


