Asiya Kuboku: Cənubi Koreya xal itirdi, Bəhreyn qalib gəldi

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 2-ci turu çərçivəsində daha 2 qarşılaşma baş tutub.

E qrupu İordaniya və Cənubi Koreya yığmalarının görüşü daha maraqlı alınıb. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Bəhreyn yığması isə bu dəfə Malayziya ilə görüşdən qalib ayrılmaqla pley-offa yüksəlmək şanslarını qoruyub.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 2-ci tur
20 yanvar

E qrupu

İordaniya – Cənubi Koreya 2:2
Qolar: Park, 37-öz qapısına. Əl-Naymat, 45+6 – Son, 9-pen. Əl-Ərəb, 90+1-öz qapısına.

Bəhreyn – Malayziya 1:0
Qol: Madan, 90+5.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: