Asiya Kuboku: İordaniya və Cənubi Koreya yarımfinalda!

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün 1/4 final mərhələsinə start verilib.

Mərhələnin ilk oyunu Tacikistan və İordaniya yığmaları arasında baş tutub. Rəqibini minimal hesabla məğlub edən İordaniya millisi ilk yarımfinalçı olub.

Günün digər qarşılaşması Avstraliya və Cənubi Koreya yığmaları arasında baş tutub. Əlavə vaxta gedən və üç qolun qeydə alındığı bu oyunda qələbəni koreyalılar bayram ediblər.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
1/4 final
2 fevral

Tacikistan – İordaniya 0:1
Qol: Xanonov, 66-öz qapısına.

Avstraliya – Cənubi Koreya 1:2
Qollar: Qudvin, 42 – Hvanq, 90+6-pen. Son, 104.

3 fevral

15:30. İran – Yaponiya
19:30. Qətər – Özbəkistan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: