Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün 1/4 final mərhələsinə yekun vurulub.
Son günün ilk oyunu İran və Yaponiya yığmaları arasında baş tutub. Üç qolun qeydə alındığı oyundan qələbə ilə ayrılan iranlılar yarımfinala yüksəliblər.
Sonuncu yarımfinalçının adı Qətər – Özbəkistan matçında müəyyənləşib. Bu oyunun əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşıb. Bu üzdən də qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri yarımfinala yüksəliblər.
Asiya Kuboku 2023
1/4 final
2 fevral
Tacikistan – İordaniya 0:1
Qol: Xanonov, 66-öz qapısına.
Avstraliya – Cənubi Koreya 1:2
Qollar: Qudvin, 42 – Hvanq, 90+6-pen. Son, 104.
3 fevral
İran – Yaponiya 2:1
Qollar: Mohebi, 55. Cahabaxş, 90+6-pen – Morita, 28.
Qətər – Özbəkistan 1:1 (penaltilər 3:2)
Qollar: Yusupov, 28-öz qapısına – Xamrobekov, 59.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq. Artıq yarımfinalda hansı komandaların üz-üzə gələcəyi də bəllidir:
6 fevral
19:00. İordaniya – Cənubi Koreya
7 fevral
19:00. İran – Qətər


