Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 3-cü turu çərçivəsində daha iki qarşılaşma baş tutub.
D qrupunda yer almış komandalardan İraq yığması bu dəfə Vyetnamı sınağa çəkib. Ardıcıl üçüncü qələbəsini qazanan iraqlılar növbəti mərhələyə maksimum nəticə ilə yüksəliblər.
Qrupun digər oyununda Yaponiya yığması İndoneziya üzərində inamlı qələbəyə sevinib. Nəticədə yaponlar da qrup ikincisi kimi mərhələ adlayıblar. 3 xala malik İndoneziya yığması qrup üçüncüsü olub. Lakin bu komandanın pley-offa vəsiqə qazanması qrup mərhələsi yekunlaşdıqdan sonra dəqiqləşəcək.
Qeyd edək ki, qrupda ilk iki yeri tutacaq 12 komanda ilə yanaşı, dörd ən yaxşı qrup üçüncüsü də 1/8 finalda oynamaq hüququ qazanacaq.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
Qrup mərhələsi, 3-cü tur
24 yanvar
D qrupu
İraq – Vyetnam 3:2
Qollar: Sulaka, 47. A.Husseyn, 73; 90+12 – Bui, 42. Nquyen, 90+1.
Yaponiya – İndoneziya 3:1
Qollar: Ueda, 6-pen; 52. Hubner, 88-öz qapısına – Valş, 90+1.
Xallar: İraq – 9. Yaponiya – 6. İndoneziya – 3. Vyetnam – 0.


