Asiya Kuboku: İraq Yaponiyaya qalib gəldi, pley-offa yüksəldi

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 2-ci turu çərçivəsində daha 3 qarşılaşma baş tutub.

C qrupunda Honkonqla qarşılaşan İran yığması növbəti qələbəsini qazanaraq vahid liderə çevrilib. Qonşu ölkə yığması da növbəti mərhələyə vəsiqəni vaxtından öncə təmin edib.

D qrupunda İraq yığması gözlənilmədən Yaponiyaya qalib gəlib. Bu məğlubiyyətlə Yaponiya millisinin 11 oyunluq qələbə seriyasına son qoyulub. Ardıcıl ikinci qələbənin ardından İraq yığması da pley-offa vəsiqəni təmin etmiş komandaların sırasına qoşulub. Vyetnam yığması ilə qarşılaşan İndoneziya millisi də qalib gəlib.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 2-ci tur
19 yanvar

C qrupu

Honkonq – İran 0:1
Qol: Qayedi, 24.

Xallar: İran – 6. BƏƏ – 4. Fələstin – 1. Honkonq – 0.

D qrupu

İraq – Yaponiya 2:1
Qollar: A.Hüsseyn, 5; 45+4 – Endo, 90+3.

Vyetnam – İndoneziya 0:1
Qol: Manqkualam, 42-pen.

Xallar: İraq – 6. Yaponiya – 3. İndoneziya – 3. Vyetnam – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: