Asiya Kuboku: Meydan sahibi Qətərdən ardıcıl 2-ci qələbə

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün “A” qrupunda keçirilmiş 2 oyunla yarışın qrup mərhələsinin 2-ci turuna başlanğıc verilib.

Livan və Çin yığmaları meydandan “quru” hesabla ayrılıblar. Meydan sahibi Qətər yığması isə Tacikistan komandasını 1:0 hesabı ilə məğlub edib. Beləcə, ardıcıl ikinci qələbəsini qazanan qitə birinciliyinin ev sahibi qrupun vahid liderinə çevrilib. İkinci oyunundan da xal itkisi ilə ayrılan Çin yığması isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 2-ci tur
17 yanvar

A qrupu

Livan – Çin 0:0

Tacikistan – Qətər 0:1
Qol: Əkrəm Afif, 17.

Xallar: Qətər – 6. Çin – 2. Tacikistan – 1. Livan – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: