Qətərdə 18-ci Asiya Kuboku çərçivəsində keçirilmiş ilk oyunlar meydan sahibinin və turnirin favoritlərindən birinin qələbəsiylə bitib.
Arena.az məlumat verir ki, yanvarın 12-də axşam saatlarında meydana sahibi Qətər yığması yarışın açılış oyunu çərçivəsində “A” qrupunda Livan yığması üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.
Yanvarın 13-də isə həmin qrupun ikinci oyunu çərçivəsində Çin və Tacikistan yığmaları üz-üzə gəliblər və qolsuz bərabərliklə ayrılıblar – 0:0.
1-ci turdan sonra Qətər “A” qrupunda 3 xalla liderdir. Çin və Tacikistan 1 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Livan qrupun autsayderidir.
Yanvarın 13-də “B” qrupunda da iki oyun keçirilib. Turnirin favoritlərindən biri, Avstraliya yığması Hindistan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. İkinci oyunda isə Özbəkistan və Suriya yığmaları sülhlə ayrılıblar – 0:0.
1-ci turdan sonra Avstraliya “B” qrupunda 3 xalla liderdir. Suriya və Özbəkistan 1 xalla 2-ci və 3-cü yerləri bölüşürlər. Hindistan qrupun autsayderidir.
Bu gün, yanvarın 14-də “C” qrupunda da 1-ci turun iki oyunu baş tutacaq. Birləşmiş Ərəb Əmirlikləri yığması ilə Honkonq yığması üz-üzə gələcəklər. Yarışın favoritlərinidən biri, İran yığması isə Fələstin millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, 2023 Asiya Kuboku 24 komandanın iştirakı ilə 12 yanvar – 10 fevral tarixləri aralığında Qətərin 5 şəhərinin 9 stadionunda keçirilir.
Asiya Kuboku – 2023
Qrup mərhələsi, 1-ci tur
A qrupu
Qətər – Livan 3:0
Qollar: Afif, 45; 90+6. Almoez, 56.
Çin – Tacikistan 0:0
B qrupu
Avstraliya – Hindistan 2:0
Qollar: İrvine, 50. Bos, 73.
Özbəkistan – Suriya 0:0


