Asiya Kuboku: Özbəkistan və BƏƏ də 1/8 finala yüksəldi

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün qrup mərhələsinin 3-cü turu çərçivəsində daha dörd qarşılaşma baş tutub.

B qrupunda yer almış Avstraliya və Özbəkistan yığmalarının oyununda qalib müəyyənləşməyib. Bu nəticə ilə Avstraliya qrup birincisi kimi, Özbəkistan isə ikinci yerlə pley-offa yüksəlib.

Qrupun digər oyununda Suriya yığması Hindistanı minimal hesabla üstələyərək qrup üçüncüsü olub. Suriyalılarn növbəti mərhələyə adlayıb-adlamayacağı qrup mərhələsinin yekununda bəlli olacaq.

C qrupunda İran yığması Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) də qalib gəlməklə növbəti mərhələyə maksimum nəticə ilə yüksəlib. Fələstin yığması da Honkonqa 3 cavabsız qolla qalib gəlib. BƏƏ 4 xalla ikinci yeri tutub. Eyni xala malik Fələstin qrup üçüncüsü olsa da, bu komandanın da növbəti mərhələdə oynayıb-oynamayacağı qrup mərhələsinin yekununda müəyyənləşəcəkə.

Qeyd edək ki, qrupda ilk iki yeri tutacaq 12 komanda ilə yanaşı, dörd ən yaxşı qrup üçüncüsü də 1/8 finalda oynamaq hüququ qazanacaq.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.

Asiya Kuboku 2023
Qrup mərhələsi, 3-cü tur
23 yanvar

B qrupu

Avstraliya – Özbəkistan 1:1
Qollar: Boyl, 45+1-pen – Turqunboyev, 78.

Suriya – Hindistan 1:0
Qol: Xribin, 76.

Xallar: Avstraliya – 7. Özbəkistan – 5. Suriya – 4. Hindistan – 0.

C qrupu

Honkonq – Fələstin 0:3
Qollar: Dabbaq, 12; 60. Əl-Qənbər, 48.

İran – Birləşmiş Ərəb Əmirlikləri 2:1
Qollar: Taremi, 26; 65 – Əl-Qassani, 90+3.

Xallar: İran – 9. Birləşmiş Ərəb Əmirlikləri – 4. Fələstin – 4. Honkonq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: