Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az məlumat verir ki, bu gün yarımfinal mərhələsinə yekun vurulub.
Sonuncu finalçının adı İran və Qətər yığmaları arasındakı oyunda müəyyənləşib. Beş qolun qeydə alındığı oyun ev sahibi Qətərin qələbəsiylə yekunlaşıb.
Daha öncə İordaniya yığması Cənubi Koreyaya qalib gələrək tarixində ilk dəfə finala yüksəlmişdi.
Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq. Həmin gün İordaniya və Qətər yığmaları arasında baş tutacaq final qarşılaşmasına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.
Asiya Kuboku 2023
Yarımfinal
6 fevral
İordaniya – Cənubi Koreya 2:0
Qollar: Əl-Naimat, 53. Əl-Tamari, 66.
7 fevral
İran – Qətər 2:3
Qollar: S.Əzmun, 4. Cahanbaxş, 51-pen – Abdulsallam, 17. Afif, 43. Almoez, 82.


