Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.
Arena.az xəbər verir ki, yanvarın 16-da qitə birinciliyinin qrup mərhələsinin ilk turu çərçivəsində daha iki oyun keçirilib.
“F” qrupunda yer almış Tailand yığması Qırğızıstanla oyundan inamlı qələbə ilə ayrılıb.
Səudiyyə Ərəbistanı yığması isə Oman millisi ilə görüşdə əzmkar qələbəyə sevinib.
Bununla da Asiya Kubokunda qrup mərhələsinin ilk turuna yekun vurulub. 2-ci tura sabah – yanvarın 17-də start veriləcək.
Xatırladaq ki, yanvarın 12-də start götürmüş Asiya Kubokunun 2023 -cü il mövsümünə fevralın 10-da yekun vurulacaq.
Asiya Kuboku 2023
Qrup mərhələsi, 1-ci tur
16 yanvar
F qrupu
Tailand – Qırğızıstan 2:0
Qollar: Jaided, 26; 48.
Səudiyyə Ərəbistanı – Oman 2:1
Qollar: Qarib, 78. Əl-Bulayi, 90+6 – Əl-Yahyei, 14-pen.


