Asiya Kuboku: Yaponiya və İran da 1/4 finala yüksəldilər

Qətərin 5 şəhərinin 9 stadionunda 24 komandanın iştirakı ilə təşkil edilmiş futbol üzrə sayca 18-ci Asiya Kuboku davam edir.

Arena.az məlumat verir ki, bu gün 1/8 final mərhələsinin növbəti və sonuncu oyunları keçirilib.

Öncə, Bəhreyn və Yaponiya yığmaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyundan inamlı qələbə ilə ayrılan yaponlar 1/4 finala yüksəliblər.

Son olaraq, İran və Suriya yığmaları qarşılaşıblar. Əsas və əlavə vaxtı bərabərliklə bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən iranlılar növbəti mərhələyə yüksəliblər.

Xatırladaq ki, daha öncə Avstraliya, Tacikistan, İordaniya, Qədər, Özbəkistan və Cənubi Koreya yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.

Asiya Kuboku 2023
1/8 final
28 yanvar

Avstraliya – İndoneziya 4:0
Qollar: Baqqott, 12-öz qapısına. Boyle, 45. Qudvin, 89. Souttar, 90+1.

Tacikistan – BƏƏ 1:1 (penaltilər – 5:3)
Qollar: Xanonov, 30 – Əl-Hammadi, 90+5.

29 yanvar

İraq – İordaniya 2:3
Qollar: S.Natiq, 68. A.Hüsseyn, 76 – Əl-Naimat, 45+1. Əl-Ərəb, 90+5. Əl-Rəşdan, 90+7.

Qətər – Fələstin 2:1
Qollar: Əl-Haydos, 45+6. Afif, 49-pen – Dabbaq, 37.

30 yanvar

Özbəkistan – Tailand 2:1
Qollar: Turqunboyev, 37. Fayzullayev, 65 – Saraçat, 58.

Səudiyyə Ərəbistanı – Cənubi Koreya 1:1 (penaltilər 2:4)
Qollar: Radif, 46 – Ço, 90+9.

31 yanvar

Bəhreyn – Yaponiya 1:3
Qollar: Suzuki, 64-öz qapısına – Doan, 31. Kubo, 49. Ueda, 72.

İran – Suriya 1:1 (penaltilər 5:3)
Qollar: Taremi, 34 – Xribin, 64-pen.

Xatırladaq ki, yanvarın 12-də başlamış Asiya Kubokunun 2023-cü il mövsümünə fevralın 10-da yekun vurulacaq. Artıq 1/4 finalda hansı komandaların üz-üzə gələcəyi də məlumdur:

2 fevral

15:30. Tacikistan – İordaniya
19:30. Avstraliya – Cənubi Koreya

3 fevral

15:30. İran – Yaponiya
19:30. Qətər – Özbəkistan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: