Ataa Caber Vyetnam və Omanla oyunlara çağırıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 28 yaşlı futbolçu yığmanın Asiya Kuboku–2024-ə hazırlıq məqsədi ilə səfərdə sentyabrın 6-da Oman, 11-də Vyetnam yığmaları ilə keçirəcəyi yoldaşlıq matçlarına dəvət olunub.

Xatırladaq ki, bu ildən yığmaya çağırılan Caber Fələstin milli komandasının heyətində 2 oyunda meydana çıxıb.

Ataa Caber 2022-ci ilin iyul ayından “Neftçi”nin uğurları üçün çalışır. O, paytaxt təmsilçisində 44 oyuna çıxıb, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi karyerası ərzində “Bney Saxnin”, “Makkabi” (Hayfa) və “Aşdod” kimi klubların da formasını geyinib.

“Neftçi” daha öncə digər yarımmüdafiəçisi Kilan Lebonun da Sent Martin millisinə dəvət olunduğunu açıqlamışdı. 26 yaşlı futbolçu yığmanın heyətində sentyabrın 4-dən 12-dək, oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunan Kilan Lebon “Neftçi”nin heyətində 26 rəsmi oyunda meydana çıxıb, 5 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: