Argentinanın “River Pleyt” klubunun qapıçısı Auqusto Batalya bundan sonra La Liqa təmsilçisi “Qranada”nın formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Qranada” 27 yaşlı qolkiperi 2024-cü ilin 30 iyununa qədər satınalma şərti ilə icarəyə götürüb. İspaniya klubunun bu keçidə görə nə qədər “tərlədiyi” məlum deyil. Amma Batalyanın bazar dəyəri 6 milyon avro civarındadır.
Auqusto Batalya “River Pleyt”in öz yetirməsidir. Amma o, müxtəlif vaxtlarda “Atletiko Tukuman”, “Tiqre”, “Union La Kalera”, “O’Hiqqins”, “San Lorenso” kimi klublarda da icarədə olub. Auqusto “River Pleyt”in əsas komandasında cəmi 51 oyun keçirib. O, bu oyunlarda 53 qol buraxıb, 20 “quru” oyun görüb. Təcrübəli qapıçı vaxtilə Argentinanın U-17 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.


