Avropa Liqasında 2024/25 mövsümünün ən yaxşıları

Avropa Liqasında 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu və rəmzi komandasının heyəti ictimaiyyətə açıqlanıb.

Arena.az bu barədə Avropa Liqasının mətbuat xidmərinə istinadən məlumat verir.

Yarışın ən yaxşı oyunçusu adını “Tottenhem”in 27 yaşlı argentinalı mərkəz müdafiəçisi Kristian Romero qazanıb.

Kristian Romero yarış çərçivəsində 7 oyun keçirib, 1 məhsuldar ötürmə ilə fərqlənib. Argentinalı futbolçu “Mançester Yunayted”ə 1:0 hesabıyla qalib gəldikləri final matçının da ən yaxşı oyunçusu elan edilib.

Avropa Liqasında mövsümün rəmzi komandasının heyəti isə belədir:

Qapıçı: Qulyelmo Vikario (“Tottenhem”);

Müdafiəçilər: Pedro Porro (“Tottenhem”), Kristian Romero (“Tottenhem”), Robin Kox (“Ayntraxt”, Frankfurt), Frederik Andre Byörkan (“Bodo Qlimt”);

Yarımmüdafiəçilər: Patrik Berq (“Bodo Qlimt”), Bruno Fernandes (“Mançester Yunayted”), Kazemiro (“Mançester Yunayted”);

Hücumçular: Rayan Şerki (“Olimpik”, Lion), Dominik Solanke (“Tottenhem”), Niko Uilyams (“Atletik”, Bilbao).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: