Avropa Liqasında finalçılar bəlli oldu

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə və eyni saatda başlayıb.

İngiltərənin “Mançester Yunayted” klubu doğma meydanda darmadağın etdiyi “Roma” ilə bu dəfə İtaliyada üz-üzə gəlib. “Canavarlar”ın bu görüşdə möcüzə etməsi o qədər də inandırıcı görünmürdü. Düzdür, matçın sonunda qələbəni meydan sahibləri bayram ediblər. Amma finala yüksələn tərəf “qırmızı şeytanlar” olub.

Digər yarımfinal görüşü isə İspaniya “Vilyarreal”ı ilə İngiltərənin “Arsenal” klubları arasında baş tutub. İlk oyunda ispanlar qalib gəlsə də, “topçular”ın da finala çıxmaq şansı yüksək idi. Lakin cavab görüşü qolsuz başa çatdığından finala İspaniya təmsilçisi vəsiqə qazanıb.

Beləliklə, Avroliqanın finalında “Mançester Yunayted”lə “Vilyarreal” komandaları qarşılaşacaq. Həlledici matç mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
6 may

Roma (İtaliya) – Mançester Yunayted (İngiltərə) 3:2
Qol: Dzeko, 57. Kristante, 60. Zalevski, 83 – Kavani, 39; 68.
İlk oyun – 2:6.


Arsenal (İngiltərə) – Vilyarreal (İspaniya) 0:0
İlk oyun – 1:2.

Xəbəri sosial şəbəkələrdə paylaş: