Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.
UEFA Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Avroliqaya yuvarlanan Ağdam klubu bu turnirin 3-cü təsnifat mərhələsində Finlandiyanın HJK komandası ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası bu rəqibini mübarizədən kənarlaşdırsa, növbəti raundda UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq. “Qarabağ” – HJK cütünün qalibi pley-offdakı ilk matçını səfərdə keçirəcək.
Xatırladaq ki, Avroliqanın pley-off mərhələsində 20 komanda ümumilikdə 10 cütlük təşkil edib.
Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri avqustun 24-də, cavab görüşləri isə ayın 31-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
“Slaviya” (Praqa, Çexiya) /“Dnepr-1” (Ukrayna) cütünün qalibi – “Zarya” (Ukrayna)
“Olimpiakos” (Yunanıstan)/“Genk” (Belçika) cütünün qalibi – “Çukariçki” (Serbiya)
“Yunion” (Belçika) – “Luqano” (İsveçrə)
“Astana” (Qazaxıstan)/“Ludoqorets” (Bolqarıstan) cütünün qalibi – “Ayaks” (Niderland)
“Jalgiris” (Litva)/“Haken” (İsveç) cütünün qalibi – “Aberdin” (Şotlandiya)
LASK (Avstriya) – “Zrinski” (Bosniya və Herseqovina)/“Breydablik” (İslandiya) cütünün qalibi
“Klaksvik” (Farer adaları)/“Molde” (Norveç) cütünün məğlubu – “Şerif” (Moldova)/BATE (Belarus) cütünün qalibi
“Olimpiya” (Sloveniya)/“Qalatasaray” (Türkiyə) cütünün məğlubu – “Qarabağ” (Azərbaycan)/HJK (Finlandiya) cütünün qalibi
“Slovan” (Slovakiya)/“Makkabi” (Hayfa, İsrail) cütünün məğlubu – “Rakuv” (Polşa)/“Aris” (Limasol, Kipr) cütünün məğlubu
AEK (Yunanıstan)/“Dinamo” (Zaqreb, Xorvatiya) cütünün məğlubu – “Kopenhagen” (Danimarka)/“Sparta” (Praqa, Çexiya) cütünün məğlubu


