Avropa Liqasında pley-offun püşkü atılır – “Qarabağ” üçün…

Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatması keçiriləcək.

Arena.az xəbər verir ki, tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin Çempionlar yolunun 6 məğlubu, Avropa Liqasında eyni turun 13 qalibi və əvvəlki raundlardan azad olan beş komanda rəqiblərini tanıyacaq.

Azərbaycan çempionu “Qarabağ”ın “Ludoqorets”lə duelinin uğursuzunun da mümkün rəqibi bəlli olacaq.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları avqustun 22-də, cavab görüşləri isə ayın 29-da keçiriləcək.

Avropa Liqası
Pley-off mərhələsi

Səpələnmişlər
“Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Niderland) cütünün qalibi
“Braqa” (Portuqaliya) – “Servett” (İsveçrə) cütünün qalibi
LASK (Avstriya)
“Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi
“Molde” (Norveç) – “Serkl Brügge” (Belçika) cütünün qalibi
“Krivbass” (Ukrayna) – “Viktoriya” (Plzen, Çexiya) cütünün qalibi
“Qarabağ” (Azərbaycan) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu
“Midtyulland” (Danimarka) – “Ferentsvaroş” (Macarıstan) cütünün məğlubu
“Partizan” (Serbiya) – “Luqano” (İsveçrə) cütünün qalibi
“Malmö” (İsveç) – PAOK (Yunanıstan) cütünün məğlubu
“Slovan” (Slovakiya) – APOEL (Kipr) cütünün məğlubu
“Anderlext” (Belçika)

Səpələnməmişlər
“Trabzonspor” (Türkiyə) – “Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Riyeka” (Xorvatiya) – “Elfsborq” (İsveç) cütünün qalibi
“Beşiktaş” (Türkiyə)
“Sparta” (Praqa, Çexiya) – “Styaua” (Rumıniya) cütünün məğlubu
“Klaksvik” (Farer adaları) – “Borats” (Bosniya və Herseqovina) cütünün qalibi
“Çelye” (Sloveniya) – “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi
“Dinamo” (Minsk, Belarus) – “Linkoln” (Cəbəllüttariq) cütünün qalibi
“Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi
“Santa Koloma” (Andorra) – RFS (Latviya) cütünün qalibi
“Harts” (Şotlandiya)
“Baçka Tobola” (Serbiya)
“Yagellonya” (Polşa) – “Bodo Qlimt” (Norveç) cütünün məğlubu