Ayaz Quliyev oynadı, “Arsenal” darmadağına üzüldü

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.

Quliyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.

“Arsenal” geridə qalan 15 turda 13 xal toplayıb və 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.