Ayaz Quliyev oynadı, “Arsenal” uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Axmat”la qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Arsenal” geridə qalan 6 turda cəmi 4 xal toplayıb və 16 kollektiv arasında 15-cidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: