Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan Mosvka “Lokomotiv”i ilə qarşılaşmanın iştirakçısı olub.
“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Quliyevin komandası altı qolun qeydə alındığı bu oyundan məğlubiyyətlə ayrılıb – 1:5.
Ayaz Quliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“Ximki”də forma geyinən digər azərbaycanlı futbolçu, klubun sahibi Tufan Sadıqovun oğlu İlya Sadıqov isə bu dəfə sonadək ehtiyatda qalıb.
“Ximki” 25 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.