Ayaz Quliyev oynadı, “Ximki” “Ural”a da uduzdu

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Ural”la qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Ayaz Quliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Bu komandanın digər azərbaycanlı futbolçusu İlya Sadıqov isə bu matçın sonunadək ehtiyatda qalıb.

“Ximki” 12 turdan sonra 8 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: