Ayaz Quliyev rəsmən “Arsenal”da!

Rusiyanın “Spartak” klubundan ayrılan Ayaz Quliyev özünə yeni komanda tapıb. Arena.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bundan sonrakı karyerasını “Arsenal”da davam etdirəcək.

Bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ayaz yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, “Spartak”ın yetirməsi olan Ayaz Quliyev bu komanda ilə yanaşı, “Anji” və “Rostov”un da formasını geyinib.

Sonda onu da bildirək ki, Tula “Arsenal”ı növbəti mövsümə Avstriyada hazırlaşacaq. Sözügedən komanda orada iyulun 11-də Azərbaycanın “Qarabağ” komandası ilə yoxlaam oyununda üz-üzə gələcək. Ayaz Quliyevin də həmin görüşdə Ağdam klubuna qarşı mübarizə aparması istisna edilmir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: