Ayaz Quliyev “Ximki”də debüt etdi, darmadağına üzüldü

Azərbaycanlı futbolçu Ayaz Quliyev Rusiyanın “Ximki” komandasında debüt matçına çıxıb. Arena.az xəbər verir ki, o, Rusiya Premyer Liqasında 6-cı turu çərçivəsində baş tutan Moskva “Lokomotiv”i ilə qarşılaşmanın iştirakçısı olub.

“Ximki” bu rəqiblə doğma meydanda qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Ayaz Quliyev bu matçın 65-ci dəqiqəsində meydana buraxılıb. Bununla da o, bu yay transfer olduğu komandada ilk rəsmi matçını keçirib. O, əvvəlki oyunların üçündə heyətə düşməmiş, son iki matçda isə ehtiyatda qalmışdı.

“Ximki” 6 turdan sonra 7 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: