“Ayntraxt” – “Ştutqart” matçında dava düşdü, 50 polis xəsarət aldı

Almaniya Bundesliqasının 12-ci tur “Ayntraxt” – “Ştutqart” oyunundan əvvəl alman azarkeşlərlə polis arasında dava-dalaş baş verib.

Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, münaqişə zəminində 50-yə yaxın hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb.

Dava-dalaşın başlamasına səbəb komandanın ev stadionunun girişində “Ayntraxt” azarkeşləri ilə polis arasında münaqişə olub. Azarkeşlərin polisə şüşə, metal hasarın hissələrini, pirotexniki vasitələri atdığı vurğulanır. Azarkeşlərin müvafiq azğınlığına cavab olaraq asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Daha sonra polis kütlənin aqressiyasının qarşısın almaq üçün hərəkətə keçib. Nəticədə 50 polis əməkdaşı ilə yanaşı, stadion işçiləri və davada iştirak etməyən bir neçə azarkeş, o cümlədən bir neçə uşaq da yaralanıb.

Xatırladaq ki, “Ayntraxt” – “Ştutqart” matçı qonaq komandanın 2:1 hesablı səfər qələbəsiylə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: